Skaloni: "15 illik müqavilə təklif etsinlər, imzalayacam"
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Amerika Kubokunu qazandıqdan sonra millidəki gələcəyi haqda danışıb.
Sportline.az "Mundo Deportivo" ya istinadən xəbər verir ki, o, Argentina Futbol Federasiyası ilə daha uzunmüddətli müqavilə imzalamaq istədiyini deyib.
"Hazırda müqaviləmin bitməsinə iki il qalıb. Futbol Federasiyasının prezidentinə deməliyik ki, mənə 15 illik müqavilə təklif etsin. Mən də o müqaviləni imzalayacağam" deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Skaloni 2018-ci ildən Argentina millisinin rəhbərlik edir. Komanda 2021-ci və 2024-cü ildə Amerika Kubokunun, 2022-ci ildə isə Dünya Çempionatının qalibi olub.