Sobozlayi "Liverpul"da qalmağa üstünlük verdi

"Liverpul"un yarımmüdafiəçisi Dominik Sobozlayi klubda qalmağa üstünlük verib.

Sportline.az xəbər verir ki, macarıstanlı futbolçu Mersisayd təmsilçisi ilə yeni müqavilə imzalayacaq.

"Caught Offside" nəşrinin yaydığı məlumata görə, "Real Madrid" və "Bavariya" sözügedən oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, D.Sobozlayi cari mövsüm meydana çıxdığı 27 matçda 5 qol, 5 asistlə yadda qalıb.