Son 5 güləşçimiz mübarizəyə başlayır
Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportline.az xəbər verir ki, idmançılarımızın hər biri mübarizəyə 1/8 finaldan start verəcəklər. Murad Məmmədov (60 kq) Daniel Bobilyo (İspaniya), Həsrət Cəfərov (67 kq) isə Vitalis Lazovski (Almaniya) ilə qarşılaşacaq. Ülvi Qənizadə (72 kq) Samuel Belşeidi (Almaniya) ilə münasibətlərinə aydınlıq gətirəcək. Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) ilk görüşündə Petr Novakla (Çexiya) üz-üzə gələcək. Murat Lokyayevin (97 kq) rəqibi isə Arvi Savolaynenlə (Finlandiya) olacaq.