Son "Arsenal"ı hədələdi
“Tottenhem”in sağ cinah hücumçusu Hun Min Son “Arsenal” ilə görüş öncəsi fikirlərini bölüşüb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, cənubi koreyalı futbolçu “topçular” ilə qarşılaşmadan öncə rəqibi kiçildəcək ifadələr işlədərək “Biz yeni mövsümə çox yaxşı başlamışıq. Bu il biz çempion olacağıq və məncə “Arsenal” bizimlə qarşılaşmaq istəməz. Çünki böyük hesablı qələbə qazanacağıq. Rəqib komandanın futbolçuları bizdən çəkinməlidirlər”- deyib.
Xatırladaq ki, “Arsenal” və “Tottenhem” klubları yeni mövsümdə çıxıqları 5 görüşdə məğlub olmayıblar.
Qeyd edək ki, komandalar sentyabırın 24-ü Bakı vaxtı ilə saat 17:00-da qarşılaşacaqlar.