Son çempion Alkaras ikinci turda

Kişilər arasında son çempion Karlos Alkaras mövsümün üçüncü böyük tennis turniri olan Uimbldonda ikinci mərhələyə yüksəlib.

Sportline.az xəbər verir ki, Londonda keçirilən turnirin ilk günündə ispaniyalı tennisçi dünya sıralamasında 269-cu pillədə qərarlaşan estoniyalı Mark Lajal ilə qarşılaşıb.

Alkaraz rəqibini 7-6, 7.5 və 6-2-lik setlərlə məğlub edərək adını növbəti mərhələyə yazdırıb. (3-0).

Görüş 2 saat 22 dəqiqə çəkib.