"Southempton"un oyunçusu "Hamburq"a icarə əsasında transfer olundu
"Sounthempton"un forvardı Damion Dovns icarə əsasında "Hamburq"a keçib.
Sportline.az xəbər verir ki, bu haqda Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 14 matçda 1 asistlə yadda qalıb.
Qeyd edək ki, D.Dovns ABŞ U-23 millisinin üzvüdür.