Spaletti ilin ən yaxşı məşqçisi seçildi
30 ildən sonar “Napoli”yə İtaliya çempionluğunu qazandıran Luçano Spaletti ilin ən yaxşı məşqçisi seçilib.
Sportline.az xəbər verir ki, Goal.com-un versiyasına görə 21 çalışdırıcının yer aldğı siyahıya italiyalı mütəxəssis başçılıq edir.
2-ci pillədə "Lans"ın baş məşqçisi Frank Hays qərarlaşıb.
Son anda “Mançester Siti”yə İngiltərə çempionluğunun sevincini yaşadan Pep Qvardiola isə 3-cü olub.
Qeyd edək ki, Spaletti mövsümün sonunda “Napoli” ilə yollarını ayırıb.