Spaletti "Napoli"ni tərk edir
"Napoli"nin baş məşqçisi Luçano Spaletti komandanı tərk etməyə hazırlaşır.
Sportline.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, 64 yaşlı mütəxəssisin klubun sahibi Aurelio de Laurentislə münasibətləri korlanıb.
Məvacibinin artırılmasını tələb edən Spalettinin istəyinin müsbət qarşılanmadığı bildirilir.
Qeyd edək ki, "Napoli" 1990-cı ildən sonra ilk dəfə çempionluğu Spalettinin rəhbərliyi ilə qazanıb.