"Spartak" daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır

Yeni mövsümdə çempionluğu hədəfləyən Moskva "Spartak"ı heyətini müdafiəçi ilə gücləndirmək istəyir.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "qırmızı-ağlar" Cənubi Afrika Resbuplikası klubu "Kaizer Çifs"də çıxış edən Spive Msimanqonu transfer etmək istəyir.

Mənbənin sözlərinə görə, "Spartak" 27 yaşlı futbolçunu uzun müddətdir ki, izləyir. "Kaiser Çifs" klubunun uyğun bir təklif gələcəyi təqdirdə Msimanqonu satmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Msimanqonun Afrika klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalında oyunçunun transfer dəyəri 1.2 milyon avrodur.