"Spartak" 18 yaşlı futbolçu ilə maraqlanır

Moskva "Spartak"ı "San Paulo"nun oyunçusu Uilyam Qomesin xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Andre Ernan məlumat yayıb.

Mənbənin sözlərinə görə, 18 yaşlı futbolçuya Braziliya klubundan müqavilənin müddətini uzatmaq təklifi də var. "San-Paulo" yeni müqavilədə xarici klublar üçün təzminat məbləğinin artırılmasını istəyir. Danışıqlar davam edir. 

18 yaşlı futbolçunun yekun qərarını gələn həftə verəcəyi gözlənilir.

Transfermarkt Qomesin qiymətini 500 min avro qiymətləndirir. 2024-cü ildə futbolçu "San Paulo"nun heyətində 9 oyun keçirib və 1 qol vurub.