“Spartak” cari mövsümün əvvəlində 26 il əvvəlki nailiyyətini təkrarladı

Moskva "Spartak"ı ardıcıl 5 oyundur qapısını toxunulmaz saxlayır.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, belə hal sonuncu dəfə 1998-ci ildə yaşanıb.

"Qırmız-ağlar" liqanın 3-cü turunda "Krılya Sovetov"u 3 cavabsız topla məğlub ediblər.4-cü turda "Axmat" ilə 0-0 hesablı heç-heçəyə razı olan Stankoviçin komandası 5-ci turda "Fakel"i 3-0 hesabı ilə məğlub edib.

Paytaxt klubu bundan əlavə Rusiya Kubokunda "Dinamo" Moskva və "Krılya Sovetov" üzərində 3-0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Spartak" RPL-da 5 turdan sonra 10 xalla 4-cü pillədə qərarlaşır. Yarış cədvəlinə 16 xalla "Zenit" başçılıq edir.