"Spartak" "Qalatasaray"ın futbolçusunu istəyir

Moskva "Spartak"ı "Qalatasaray"ın sol cinah müdafiəçisi Derik Köhnü heyətinə qatmaq istəyir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Rusiya klubu 25 yaşlı futbolçu üçün "Qalatasaray"a 8 milyon avro təklif edib.

Xəbərdə "sarı-qırmızılılar"ın bu təklifi rədd etdiyi bildirilib. Okan Buruk Derrik Köhnün komandada qalmasını istəyib, oyunçu tərəfi də Rusiya komandasına "Qalatasaray"da xoşbəxt olduğunu çatdırıb.

Qeyd edək ki, ötən mövsümün qış transfer pəncərəsində "Hannover"dən "Qalatasaray"a transfer olunun almaniyalı futbolçu klubla çıxdığı 15 oyunda 1 qol vurub, 2 asist edib. Köhnün "Qalatasaray"la daha 2 il müqaviləsi var.