"Spartak" türkiyəli baş məşqçi ilə maraqlanır

Mövsümün sonu “Qalatasaray”la müqaviləsi sona çatacaq Okan Burukla İtaliyanın ardınca Rusiya klubu da maraqlanır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Okan Buruk baş məşqçi axtarışında olan “Spartak”ın diqqət dairəsindədir.

Qeyd edək ki, “Spartak” ispaniyalı mütəxəssis Gilerme Abaskalla yolları ayırıb

.Ötən mövsüm “Qalatasaray”la çempionluq sevinci yaşayan, bu mövsüm isə üst-üstə rekordlar qıran Okan Buruk klubla çıxdığı 90 oyunda 2.41 xal ortalamasına sahibdir.