"Spartak"da növbəti transfer

Moskva "Spartak"ı heyətini yarımmüdafiəçi ilə gücləndirib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, paytaxt klubu Portuqaliyanın "Vitoria" komandasından Rikardo Manqaşı rənglərinə bağlayıb.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. "Spartak" bu transfer müqabilində qarşı tərəfə 2.5 milyon avro ödəyib.

Qeyd edək ki, ötən mövsüm Portuqaliya Liqasında 23 oyunda çıxan Manqaş aktivində 1 qol və 3 asist yazdırıb.