"Spartak"ın futbolçusu "Qalatasaray"a keçir
Moskva "Spartak"ının hücumçusu Şamar Nikolson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Erdal Bozkurt "tvitter" səhifəsində məlumat yayıb.
İstanbulluların yaxın günlərdə yamaykalı forvard üçün təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm də Nikolsonu transfer təməyə çalışsa da, tərəflər razılığa gələ bilməmişdilər.