“Sportinq” “Arsenal”ın təklifini geri çevirdi

“Arsenal”ın 35 milyon avroluq təklifi “Sportinq”i qane etməyib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “topçular” Diomendi üçün “Sportinq”ə 35 milyon avro təklif ediblər.

Portuqaliya klubu futbolçunun dəyəri 80 milyon avro olduğundan müraciəti müsbət cavablandırmayıb. 

Qeyd edək ki, “Arsenal” qiymətin yüksək olmasına baxmayaraq qış transfer pəncərəsində yenidən təklif göndərmək niyyətindədir.