"Sportinq" çətin Norveç səfərinə yollanıb

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Budyo Qlimt" öz meydanında "Sportinq"lə üz-üzə gələcək.

Bu mövsüm Çempionlar Liqasında "Atletiko Madrid", "Mançester Siti" və "İnter" kimi nəhəng rəqibləri məğlub edən "Budyo Qlimt", "Sportinq"lə oyunda da eyni əzmkarlığı göstərməyə çalışacaq.

Norveç klubunun heyətlə bağlı problemi yoxdur. Kyetil Knutsenin komandası görüşə optimal heyətlə çıxacaq.

Portuqaliya təmsilçisində itkilərin sayı çoxdur. Rikardo Manqas, Ciorci Koçkoraşvili, Fotis İoannidis, Ciovani Kuenda zədə, Maksi Arauxo və Pote cəzalıdır.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək qarşılaşmanı slovakyalı hakim İvan Kruzliak idarə edəcək.