"Sportinq" möcüzə edə biləcəkmi?

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilir.

Sportline.az xəbər verir ki, "Sportinq" öz meydanında "Budyo Qlimt"lə qarşılaşacaq. İlk oyunda rəqibi 3 cavabsız qolla üstələyən "Budyo" Portuqaliya səfərinə rahat yollanıb.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində Fotis İoannidis, Covani Keunda, Rikardo Manqas, Cioaci Kokoraşvili zədəlidir.

Norveç klubu isə görüşə optimal heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, "Sportinq" - "Budyo Qlimt" görüşü bu gün saat 21:45-də başlanacaq. Görüşün ədalət təmsilçisi isveçrəli Sandro Şörer olacaq.