"Spartak" "Benfika"nın hücumçusu ilə maraqlanır
Moskva "Spartak"ı "Benfina"nın gənc futbolçusu Tiaqo Qaveyanın keçirdində maraqlıdır.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist Dr.Notavel öz "X" sosial şəbəkəsində məlumat yayıb.
22 yaşlı futbolçu bu mösvüm "Benfika" ilə çıxdığı 26 oyunda 4 qol vurub, 3 asist edib.Qaveyanın Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt portalına görə oyunçunun transfer dəyəri 3.5 milyon avrodur.
Qeyd edək ki, "Spartak" RPL-da 28 turdan sonra 46 xalla 5-ci pillədə qərarlaşır. Lider "Dinamo"nun 53 xalı var.