“Srvena Zvezda” Ermənistana getmək istəmir

Ukraynanın “Srvena Zvezda” klubu Avropa Liqasının Çempionlar yolununun pley-offunda “Ararat-Armenia” ilə oyun üçün Ermənistana səfər etmək istəmir.

Qol.az xəbər verir ki, buna səbəb Ermənistanda səfərbərlik elan olunmasıdır. Ona görə də klub 1 oktyabrda oynanılacaq  matçın Belqradda keçirilməsi üçün UEFA-ya müraciət edib. Qarşı tərəf isə Avropanın ali futbol qurumuna qarşılaşmanın Gürcüstanda təşkil olunmasını təklif edib.

UEFA hələlik byu məsələ ilə bağlı qərar verməyib.