Stanislav Çerçesov Avro 2024-ün ən yaxşısının adını çəkib
Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov Avro 2024-də ən yaxşı hesab etdiyi futbolçunu açıqlayıb.
Sportline.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Championat.com-a müsahibəsində bu fikirləri səsləndirib.
"Rodrini qeyd etmək lazımdır. O, balans yaratdı və oyunu idarə etdi. Amma düzünü desəm, çox parlaq oyunçu yox idi. Krossun,Yamalın adını qeyd etmək olar və sairə.Amma qalib komandadan seçim etməliyik.Ona görə də Rodri" deyə təcrübəli mütəxəssis bildirib.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa Çempionatının finalında İspaniya millisi İngiltərəni 2-1 hesabı ilə məğlub edərək tarixində 4-cü dəfə qitənin ən güclüsü olub.