Stefen Körridən 56 xal
Milli Basketbol Assosasiyasının (NBA) müntəzəm çempionatında mübarizə davam edir.
Sportline.az xəbər verir ki, “Qolden Steyt Vorriors” “Kia Senter”da “Orlando Məcik”lə üz-üzə gəlib.
İlk period “Orlando Məcik”in üstünlüyü ilə başa çatıb. 34:23. Böyük fasiləyədə “Orlando” öndə yollanıb. 66:52.
Fasilədən sonra inamlı oyun nümayiş etdirən “Qolden Steyt Vorriors” yekunda 121:115 hesabı ilə əzmkar qələbə qazanıb.
Matçın ən məhsuldar basketbolçusu “Qolden Steyt Vorriors”un əfsanəsi Stefen Körri olub. 56 xal 4 ribaund 3 asist.
“Orlando Məcik”də isə ən yaxşı nəticəni Paolo Bançero qoyub. 27 xal 2 ribaund 4 asist
Mövsümdə 32-ci qələbəsini rəsmləşdirən “Qolden Steyt Vorriors” Qərb konfransında 7-ci pilləyə yüksəlib.
“Orlando Məcik” isə Şərq konfransında 7-ci pillədə yer alıb.