Stolüstü tennisçilər Konyaya yola düşüblər

Stolüstü tennisçilərimiz bu gün İslam Həmrəyliyi Oyunlarının ev sahibi olan Konya şəhərinə yola düşüblər.

Sportline.az xəbər verir ki, Türkiyəyə yollanan heyətdə baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə,  Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə İslamiadanın görüşlərini idarə edəcək.    

Stolüstü tennisçilərin mübarizəsinə avqustun 7-də start veriləcək.