Stolüstü tennisçilərin daha bir uğuru

Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin daha bir beynəlxalq yarışına start verilib.

Sportline.az ASTFyə istinadla xəbər verir ki, söhbət “WTT Youth Star Contender Doha 2025” turnirindən gedir.

Daha yüksək reytinqli idmançıların qatıldığı yarışın ilk günü seçmə komandamız üçün uğurlu alınıb.

U-15 kateqoriyasında mübarizə aparan Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.