Suaresin emosional anları
Luis Suares milli komandada karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, 37 yaşlı futbolçu Paraqvayla qolsuz bitən görüşdə azarkeşlərlə vidalaşıb.
Uruqvay futbolunun əfsanəsi hisslərini cilovlaya bilməyib.
Qeyd edək ki, Suares 2007-ci ildən şərəfini qoruduğu milli komandada meydana çıxdığı 143 oyunda 69 qol və 39 məhsuldar ötürmə ilə yadda qalıb.