"Suareslə danışıq aparırıq"

Meksikanın "Kruz Azul" klubu Luis Suareslə danışıq aparır.

Sportline.az xəbər verir ki, bunu klub prezidenti Viktor Velaskes İspaniyanın AS nəşrinə açıqlamasında deyib.

"Sizin üçün yeni xəbərim yoxdur, amma Suareslə danışıq aparırıq. Onu komandaya gətirmək istəyirik.Sadəcə, səbrli olmaq lazımdır" - deyə klub rəhbəri bildirib.

Qeyd edək ki, 35 yaşlı uruqvalı hücumçu son olaraq ölkəsinin "Nasional" klubunda çıxış edib. O, daha əvvəl, "Ayaks", "Liverpul", "Barselona" və "Atletiko"da da oynayıb.