"Sumqayıt" Araz Abdullayevlə bağlı qərar verdi

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir, 30 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Təcrübəli oyunçu bir müddət öncə baş məşqçi Samir Abasovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, Araz Abdullayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edirdi.