"Sumqayıt" Avropa Liqasında mübarizəni dayandırdı

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində daha 45 görüş keçiriləcək.

Sportline.az xəbər verir ki, son oyun günündə "Sumqayıt" da mübarizəyə qoşulub. "Gənclik şəhəri" təmsilçisi avrokuboklardakı debüt oyununda Şimali Makedoniya "Şkendiya"sı ilə qarşılaşıb. 2 cavabsız qolla məğlub olan "Sumqayıt" Avropa Liqası ilə vidalaşıb.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

27 avqust

20:00. “Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) 0:2

Qol: Besart İbrahimi, 56-pen. (0:1), Doriev, 80-pen (0:2)
Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt, “Kapital Bank Arena”