"Sumqayıt" belə qalib gəldi

2020/21 mövsümünün ilk oyunu üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" "Zirə" ilə yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan görüşdə Ayxan Abbasovun yetirmələri 4:0 hesablı qələbə qazanıb.

"Gənclik şəhəri" təmsilçisinin qollarını Rüfət Abdullazadə, Elvin Məmmədov, Tellur Mütəllimov və Əli Qurbani rəqib qapısından keçirib.