"Sumqayıt" ilk transferini açıqlayıb

"Sumqayıt" klubu dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.

Sportline.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Gürcüstanın "Telavi" klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalanıb.

28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 2017/2018 mövsümündə də "Sumqayıt"ın formasını geyinən Vüqar Bəybalayev həmin müddətdə ümumilikdə 24 oyuna çıxıb. O, "Telavi" ilə yanaşı, "Bakı", "Xəzər Lənkəran", "Rəvan" və "Səbail"in şərəfini qoruyub.