"Sumqayıt" klubundan azarkeşləri ələ almaq cəhdi

“Sumqayıt” komandası bu gün Misli Premyer Liqasının XXIV turu çərçivəsində “Şamaxı”nı qəbul edəcək.

Sportline.az xəbər verir ki, oyuna giriş biletsiz olacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma saat 20:30-da start götürəcək.

Qeyd edək ki, son vaxtlar uğursuz çıxışla diqqət çəkən "Sumqayıt"a azarkeşlər tərəfindən kəskin reaksiyalar müşahidə olunur. 

Görünür, klub rəhbərliyi bu addımla onları ələ almağa cəhd edir. 

Nəticəni oyun başlayanda tribunalardakı mənzərə üzə çıxaracaq.