"Sumqayıt" Polşa klubu ilə qarşılaşacaq

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt”ın yoxlama oyunu üçün rəqibi bəlli olub.

"Report" Sportline.az xəbər verir ki, "Sumqayıt" Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq.

Oyunun dəqiq tarixi açıqlanmayıb. “Sumqayıt”ın “Uypeşt”lə görüşü isə Macarıstan klubunda koronavirusa kütləvi yoluxma səbəbindən ləğv olunub.

Qeyd edək ki, yanvarın 12-dən Antalyada hazırlıq keçən “Sumqayıt”ın 3 yoxlama oyunu keçirməsi planlaşdırılır.