"Zirə" "Neftçi"ni məğlub etdi, "Qəbələ" "Sumqayıt" matçında bərabərlik

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun növbəti oyunları keçirilib.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib. “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Neftçi" isə "Zirə"nin qonağı olub və 0:1 hesabı ilə uduzub.

3 oktyabr

16:00. “Zirə” – “Neftçi” 1:0
Qol: Davit Valkov, 90+5 (1:0)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu

14:00. “Qəbələ” – “Sumqayıt” 1:1  
Qollar: Əli Qurbani, 26 (0:1), Rafael Utrix, 44 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu


2 oktyabr
 
"Sabah" - "Keşlə" - 0:2