Sumqayıt stadionunun təhvil veriləcəyi vaxt bilindi

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidənqurulması işlərinin aprelin ilk on günlüyündə bərpa olunacağı haqda məlumat vermişdik.

Sportline.az Rekord.az-a istinadən xəbər verir ki, artıq işlər aktiv və intensiv şəkildə bərpa olunub.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, dövlət tərəfindən lazımı vəsait ayrılıb və bu dəfə fasilə olmayacaq. Stadion isə sentyabr ayına kimi tam təhvil veriləcək.

Belə demək mümkünsə, "Sumqayıt" yeni mövsümdən ev oyunlarını yeni, 16 minlik stadionda keçirə biləcək.