"Sumqayıt" Türkiyədə

"Sumqayıt" qış fasiləsindəki təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  Antalyada qış təlim-məşq toplanışı keçirəcək "gənclik şəhəri" təmsilçisi yanvarın 18-dək qonşu ölkədə olacaq. Komanda hazırlıq prosesində iki yoxlama matçı keçirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Sumqayıt” yanvarın 25-də "Zirə"nin qonağı olacaq.