"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
 
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Cəmaləddin Xocaniyazov qarşıdakı 2 mövsümdə də komandanın formasını geyinəcək.

Qeyd edək ki, buna qədər Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxovla müqavilənin müddəti uzadılıb.