"Sumqayıt"da yeni transfer

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edir.

Sportline.az xəbər verir ki, “kimyaçılar” qazaxıstanlı Kərəm Sultanovla anlaşıb. Qazaxıstan mətbuatı yaxın günlərdə 24 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanacağını yazıb.

Qeyde edək ki, Azərbaycan əsilli futbolçu Qazaxıstanın U-21 millisində çıxış edib. Son klubu “Kaspi” (Aktau) olan futbolçu yerli “Kızıl-Jar”da da oynayıb.

Xatırladaq ki, "Sumqayıt" yay fasiləsində Tellur Mütəllimov və Elvin Məmmədovu da heyətinə cəlb edib.