"Sumqayıt"ın ilk rəqibi müəyyənləşdi

"Sumqayıt"ın qış təlim-məşq toplanışında ilk rəqibi bəlli olub.
 
Sportline.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçisi olduğu komanda Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesində Macarıstan "Uypeşt"i ilə qarşılaşacaq.

Görüş yanvarın 16-da keçiriləcək

12-23 yanvarda Lara bölgəsində yerləşən oteldə məskunlaşacaq "Sumqayıt" toplanışda daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.