"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun "Şaxtyor" (Soliqorsk) komandasına başçılıq edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Vladislav Tatur özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Soliqorsk təmsilçisinin rəhbərliyi komandanın sabiq baş məşqçisini geri qaytarmağı nəzərdən keçirir.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə "Şaxtyor"un sükanı arxasında olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb. O, bu ilin sentyabrında "Sumqayıt"dan istefaya göndərilib.