Son Hun Min "Tottenhem"in tarixinə düşdü
"Tottenhem"in koreyalı futbolçusu Son Hun Min Ingiltərə Premyer Liqasında maraqlı statistikaya imza atıb.
Sportline.az xəbər verir ki, 31 yaşlı hücumçu klub tarixinin dörd fərqli çempiona qol vuran ilk oyunçusu olub.
Son bunu Premyer Liqanın 14-cü turunda "Mançester Siti" ilə oyunda reallaşdırıb.
3:3 hesabı ilə bitən görüşdə fərqlənən koreyalı forvard əvvəllər çempion statusunda meydana çıxn "Liverpul", "Çelsi" və "Lester" komandalarının da qapısına yol tapmışdı.
Qeyd edək ki, Son bu mövsüm Premyer Liqada meydana çıxdığı 14 oyunda doqquz qol və iki asistlə yadda qalıb.