Super kubokun biletləri satışda
UEFA Budapeştdə keçiriləcək Super Kubok matçına bilet satışına başlayıb.
Sportline.az xəbər verir ki, Çempionlar Liqasının qalibi "Bavariya” ilə Avropa Liqasının qalibi "Sevilya” arasında oyun sentyabrın 24-də Budapeştdə keçiriləcək.
Azarkeşlər üçün 3 kateqoriya üzrə bilet satışa çıxarılıb. Onların qiyməti 50 və 120 avro arasında dəyişir.
Biletləri "uefa.com/tickets" linkindən almaq olar.
Qeyd edək ki, pandemiya ilə əlaqədar stadionun tutumunun 30 faizi qədər bilet satılacaq.