Superkubok görüşü ölkə xaricində keçiriləcək
İtaliya Super Kuboku uğrunda qarşılaşmanın məkanı açıqlanıb.
Sportline.az İtaliya Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, "Milan" və "İnter" komandaları arasındakı görüş 2023-cü il yanvarın 18-də Səudiyyə Ərəbistanında olacaq.
Qeyd edək ki, "Milan" 2021/2022 mövsümündə A Seriyasının, "İnter" isə İtaliya Kubokunun qalibi olub.