Superkubok oyununun hakimi bilindi
Türkiyə futbolu həvəskarları Superkubok matçını böyük maraqla gözləyirlər.
Sportline.az xəbər verir ki, "Qalatasaray" - "Beşiktaş" görüşünün hakimi artıq məlumdur.
Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən oyunu Atilla Karaoğlan idarə edəcək.
Xatırladaq ki, qarşılaşma "Atatürk Olimpiya Stadionu"nda keçiriləcək.
Oyun Bakı vaxtı ilə 21:45-də başlanacaq.