Superkubokda "dördlər finalı"

İtaliya Superkubokunun formatında dəyişiklik edilib.

Sportline.az xəbər verir ki, bu barədə A seriyası açıqlama yayıb. Yeni formata əsasən, yarış "dördlər finalı" şəklində oynanılacaq. Belə ki, A seriyasını ilk 2 pillədə başa vuran komandalar və İtaliya kubokunda finala çıxan 2 komanda "dördlər finalı"na qatılacaq. Superkubokun növbəti il yeni formatda oynanılmasına qərar verilib. Lakin bunun sonrakı mövsümlərdə də keçərli olub-olmayacağı beynəlxalq oyun təqviminə əsasən aydınlaşacaq.

Məlumatda o da qeyd olunub ki, İtaliya qarşıdakı 6 mövsümün 4-nə ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının da təklifini qəbul edib. Buna uyğun olaraq 2024 və 2025-ci illərdə İtaliya Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək.

Turnir 2026 və 2027-ci illərdə başqa yerlərdə təşkil olunacaq. İtaliya Superkuboku 2028 və 2029-cu illərdə isə yenidən Səudiyyə Ərəbistanında keçiriləcək.

Qeyd edək ki, Superkubokun son qalibi "İnter"dir.

Banner