Superliqa klubları millimizin üzvünü istəyir
“Neftçi”nin futbolçusu Mert Çelik Türkiyə klublarının maraq dairəsinə düşüb.
Sportline.az star.com.tr-yə istinadən xəbər verir ki, millimizin üzvü ilə Superliqa təmsilçiləri “Fatih Karagümrük” və “Qaziantep” yaxından maraqlanır. Onların artıq 21 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu "Başakşəhər"ə təklif göndərdiyi bildirilib. Hətta “Fənərbaxça” və “Qalatasaray”ın da futbolçu ilə maraqlandığı vurğulanıb. Sözügedən klublarının hamısı millimizin üzvünü yeni mövsüm üçün transfer etmək istəyirlər.
Qeyd edək ki, "Neftçi" 2020-ci ilin sentyabrında Merti 2021/2022 mövsümünün sonuna kimi icarəyə götürüb.