"Sürix" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

İsveçrədə "Sürix" "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Letsiqrund" stadionundakı qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Allard Lindhouta Charles Schaap və Roy De Nas laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jeroen Manschot yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç iyulun 19-da Bakıda olacaq.