Taekvondo millimizin fiaskosu davam edir

Bakıda taekvondo üzrə dünya çempionatı sona yaxınlaşır.

Sportline.az xəbər verir ki, millimizin 54 kq çəki dərəcəsindəki üzvü Səyyad Dadaşov 1/16 final mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.

Qadınların yarışında isə 46 kq-dakı Minayə Əkbərova eyni ssenarini təkrarlayıb.

Xatırladaq ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Daha əvvəl millimizin 7 üzvünün hamısı medalsız qalıb.