Taekvondoçularımız Avropa çempionatında

Avqustun 24-dən 27-dək Estoniyanın paytaxtı Tallində uşaq, yeniyetmə və 21 yaşlı taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək.

Sportline.az xəbər verir ki, yarışda milli komandamızın üzvləri də qüvvəsini sınayacaq. Ələkbər İmaməliyev və Rəşad Məmmədovun rəhbərliyi altında U-21 yığmamızın heyətində oğlanlardan Bəhruz Quluzadə, Səyyad Dadaşov (hər ikisi 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq), qızlardan isə Minayə Əkbərova (46 kq) və Aysel Xudaverdiyeva (53 kq) medallar uğrunda mübarizə aparacaq.

Yeniyetmələrdən ibarət milimizin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov yetirmələrindən İlyas Hətəmli (33 kq), Məhəmməd Həsənli (37 kq), Harun Salamazadə (41 kq), Vasif Səlimov (45 kq), Bahadur Dostuyev (49 kq), İslam Əhmədzadə (53 kq), Hüseyn Xudiyev (65 kq), Zəhra İsayeva (29 kq), Xuraman Cavadzadə (33 kq), Fatimə İsmayılzadə (37 kq), Şəms Əlizadə (44 kq), Nərgiz Kazımova (47 kq), Aişə Ağamirzəzadəyə (51 kq) şans verəcək.