Taekvondoçularımızdan 7 medal

Taekvondo üzrə böyüklərdən ibarət seçmə komandamızın G-1 kateqoriyalı “Luxembourg Open” beynəlxalq turnirində iştirak ediblər. Azərbaycan Taekvondo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, artıq bu gün keçirilmiş yarışlarda bütün qaliblər müəyyən olunub.

Belə ki, yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edərək, böyüklər arasında turnirdə medal sayına əsasən komanda hesabında ikinci yerin sahib olub.

Nəticə qazanan yığma üzvlərini diqqətinizə çatdırırıq:

I yer - Məhəmməd Məmmədov (-63 kq)
I yer - Ayxan Tağızadə (-68 kq)
I yer - Milad Beigi Hərçəqani (-80 kq)

II yer - Səid Quliyev (-74 kq)
II yer - Fəridə Əzizova (-67 kq)

III yer - Məcid Sofiyev (-54 kq)
III yer - Radik İsaev (87+ kq)

Xatırladaq ki, yığma iyul ayının 12-si Bakıya geri dönəcək.