Taekvondoçumuz dünya reytinqinin lideridir
Taekvondoçuların yeni reytinqi açıqlanıb. Sportline.az xəbər verir ki, Dünya Taekvondo Federasiyasının tərtib etdiyi siyahının ilk onluğunda 3 taekvondoçusu yer alıb. Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də liderdir. Aktivində 492.2 xalı olan idmançımız ən yaxın izləyicisi Dmitri Şokini (Özbəkistan) 131,48 xal qabaqlayır.
Olimpiadanın bürünc medalçısı Milad Beiqi Harçeqani (80 kq) 345,33 xalla ikinci pillədədir.
68 kq çəki dərəcəsində seçmə komandamızın lideri Ayxan Tağızadə 187,47 reytinq xalı ilə 8-ci yerdədir.